Koronavirusla bağlı vəziyyət nəzarət altındadır Valentina Matvienko

Koronavirusla bağlı vəziyyət nəzarət altındadır Valentina Matvienko

Rusiyada koronavirusla bağlı vəziyyət tamamilə nəzarət altındadır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Federasiya Şurasının sədri Valentina Matvienko deyib.

"Dövlət, prezident, hökumət insanların həyatını və sağlamlığını xilas etmək üçün hər cür şəraitin olması üçün əvvəlcədən də tədbirlər görür. Gördüyünüz kimi, bu, planlaşdırıldığı kimi, uğurla gedir. Hər şey sakitdir, təlaşsızdır. Əlbətdə narahatıq, amma vəziyyət tamamilə nəzarət altındadır", deyə Federasiya Şurasının sədri bildirib.

Tibbi baxımdan, Rusiya koronavirusla mübarizə üçün sınaqdan da keçib, deyə spiker vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə