Cənubi Koreyanın iqtisadiyyatı koronavirusun fonunda il ərzində 0,3 faiz geriləyəcək
Dünyanın inkişaf etmiş ölkələrindən olan Cənubi Koreyanın iqtisadiyyatı koronavirus pandemiyasının təsiri fonunda il ərzində 0,3 faiz geriləyəcək.
SİA xəbər verir ki, bu barədə “Hyundai” araşdırma institutu proqnoz verib. İnstitut ilin birinci yarısında 0,9 faiz geriləmə gözlənilsə də, hökumətin stimullaşdırıcı tədbirləri sayəsində ilin ikinci yarısında iqtisadiyyatda 1,4 faiz artım qeydə alınacağını proqnozlaşdırıb.
“Hyundai” araşdırma institutunun proqnozu Beynəlxalq Valyuta Fondunun (BVF) Cənubi Koreya iqtisadiyyatının geriləməsi ilə bağlı proqnozundan (1,2 faiz) daha ümidvericidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB