İtaliyada COVID-19-un yayılmasında əhəmiyyətli dərəcədə azalma qeydə alınıb

İtaliyada COVID-19-un yayılmasında əhəmiyyətli dərəcədə azalma qeydə alınıb

İtaliyada sutka əzrində COVID-19 infeksiyasına yoluxanların sayı 2357 nəfər artıb.

SİA İtaliya Mülki Müdafiə idarəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki gündən xeyli azdır. Həmin gündə 3021 nəfərin koronavirusa yoluxduğu bildirilmişdi. Eyni zamanda, martın 21-i və 26-da epidemiyanın pik nöqtəsində xəstələnənlərin gündəlik artması 6 mindən çox olmuşdur.

Ümumilikdə İtaliyada 195 mindən çox insanda koronavirus aşkar edilib. 26,3 mindən çox insan infeksiyanın fəsadlarından ölüb.

İtaliyanın Mülki Müdafiə İdarəsi müsbət cəhətlər arasında hazırda xəstə olanların ümumi sayının tədricən azaldığını vurğulayır: axşam aprelin 25-ə olan məlumata görə, 105,8 min nəfər xəstələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə