İsveçrə hökuməti 35 reyslə dünyanın 25 ölkəsindən 7 minə yaxın şəxsi ölkəyə geri gətirib

İsveçrə hökuməti 35 reyslə dünyanın 25 ölkəsindən 7 minə yaxın şəxsi ölkəyə geri gətirib

Koronovirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması və uçuşların ləğv olunması minlərlə isveçrəlinin ölkəyə qayıtmasını çətinləşdirib.

SİA xəbər verir ki, İsveçrə hökuməti ötən həftələr ərzində ölkə tarixində ən böyük vətənə dönüş aksiyası həyata keçirib. İsveçrə Xarici İşlər Departamentinin müxtəlif hava yolları ilə əməkdaşlıq şəraitində həyata keçirdiyi 35 reyslə dünyanın 25 ölkəsindən 7 minə yaxın şəxs ölkəyə geri gətirilib.

Departamentin məlumatına görə, İsveçrəyə qayıdan şəxslərin 3974 nəfəri İsveçrə vətəndaşı, 2976 nəfər isə bu ölkədə yaşayan digər ölkə vətəndaşları olub. Reyslərin məsafəsindən asılı olaraq uçuşlar üçün xərclər sərnişinlər və departament arasında bölüşdürülüb.

Qeyd edilib ki, İsveçrəyə Lima, Əlcəzair, Kiyev, Kasablanka, Buenos Ayres, Kito, Bankok və San Xose şəhərlərindən daha çox sərnişin gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə