Rusiyada koronavirusdan daha 66 nəfər həyatını itirdi

Rusiyada koronavirusdan daha 66 nəfər həyatını itirdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır. SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 5 966 nəfər koronavirusa yoluxub, 66 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 74 588 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 681 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 6 250 nəfər sağalıb, 67 657 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə