"İmmiqrasiyanın dayandırılması Trampın uzunmüddətli planıdır" Stiven Miller
ABŞ Prezidenti Donald Trampın immiqrasiyanın dayandırılması barədə fərmanı uzunmüddətli plan kimi qiymətləndirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti Trampın müşaviri Stiven Millerə istinadən məlumat yayıb.
Məlumatda o da qeyd oluur ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp, koronavirus pandemiyası səbəbiylə ölkədə iş qıtlığı fonunda ABŞ-a immiqrasiyanın müvəqqəti dayandırılması ilə bağlı fərman imzaladığını açıqlamışdı. Onun sözlərinə görə, bu məhdudiyyət ABŞ-da daimi yaşamaq icazəsi almaq istəyənlərə - yaşıl karta şamil ediləcək. Tramp, immiqrasiyanı iki aya təxirə salacağını və müddəti bitdikdən sonra fərmanın müddətinin uzadılacağına qərar verəcəyini söyləyib.
Qəzetin yazdığına görə, Miller bu həftə Prezident Administrasiyasının tərəfdarlarına Tramp fərmanı ilə bağlı fərdi söhbətində bildirib ki, xarici işçilər üçün proqramları məhdudlaşdırmaq məqsədilə tədbirlər görülür. O vurğulayıb ki, bu strategiya "uzunmüddətli baxışın bir hissəsidir və yalnız müvəqqəti tədbir kimi qəbul edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB