Rumıniyanın şərqində 4,9 bal gücündə zəlzələ baş verib

Rumıniyanın şərqində 4,9 bal gücündə zəlzələ baş verib

Rumıniyanın şərqində, Moldova ilə sərhəd yaxınlığında 4,9 bal gücündə zəlzələ baş verib.

SİA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzdən xəbər verilib.

Yeraltı təkanların episentri 41,2 min əhalisi olan Tekuç şəhərindən 5 kilometr şimal-şərqdə, ocağı isə 23 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə