USAID Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstək layihəsinin icrasına başlayır

USAID Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstək layihəsinin icrasına başlayır

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) dəyəri 64 milyon dollardan çox olan Gürcüstanın Avro-Atlantik inteqrasiyasına dəstək layihəsinin icrasına başlayır.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tbilisidə ABŞ səfirliyinin “Facebook” səhifəsində məlumat dərc olunub.

“ABŞ hökumətinin maliyyə dəstəyi ilə USAID/Georgia filialının Gürcüstan iqtisadiyyatının inkişafı və Avro-Atlantik inteqrasiyasının dəstəklənməsi üçün 64 milyon dollardan çox yardıma başlamısını xəbər verməkdən çox məmnunuq. Bu maliyyə Gürcüstan və ABŞ arasında inkişafa dair razılaşmanın bir hissəsidir”, - səfirlikdən verilən məlumatda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə