Belçikanın Antverpen limanındakı balıq konteynerində 4 tona yaxın kokain aşkarlanıb
Belçikanın Antverpen limanında balıq konteynerində ümumi dəyəri 200 milyon avro olan dörd tona yaxın kokain aşkarlanıb.
SİA "İnterfax" informasiya agentliyinə istinadən xəbər verir ki, polis narkotik maddələrdən başqa, həmçinin üç ədəd “Kalaşnikov” markalı avtomat silah müsadirə edib.
İnsidentlə bağlı Niderlandın 14 vətəndaşı saxlanılıb. Faktla əlaqədar təhqiqat başlayıb.
BMT-nin dəniz daşımalarına nəzarət proqramı müəyyən edib ki, 2019-cu ildə Avropaya göndərilən kokain yükünün yarıya yaxını Antverpen şəhərindən keçir. İl ərzində 77 ton kokain məhz bu limandan digər Avropa şəhərlərinə göndərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB