"Çin hakimiyyəti məsuliyyət daşıyacaq" Pompeo

"Çin hakimiyyəti məsuliyyət daşıyacaq"  Pompeo

COVİD-19-un yayılması ilə bağlı məlumatların gizlədilməsinə görə Çin hakimiyyəti məsuliyyət daşıyacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Maykl Pompeo deyib və onun sözlərini "Gazeta.ru" yayımlayıb.

"Çin Kommunist Partiyası etdikləri işlərin əvəzini ən azı ABŞ-ın qarşısında ödəyəcək", deyə Pompeo bəyan edib.
ABŞ dövlət katibi Çin hakimiyyətinin hərəkətləri nəticəsində çox sayda insanın həyatını itirdiyini vurğulayıb. Onun sözlərinə görə, pandemiya nəticəsində qlobal və Amerika iqtisadiyyatları ciddi zərər görüb. O, ABŞ və Çin Kommunist Partiyası arasındakı münasibətlərdə şəffaflığın olmamasından da şikayətlənib.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uhanda sətəlcəm xəstəliyi barədə elan edib. Yeni bir koronavirus növü olan xəstəlik rəsmi olaraq COVID-19 adlandırılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyəti pandemiya elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə