"Qadınlar alış-verişə çox vaxt sərf edirlər" - Osaka Bələdiyyə sədri

"Qadınlar alış-verişə çox vaxt sərf edirlər" - Osaka Bələdiyyə sədri

Yaponiyanın Osaka şəhərinin meri sosial məsafənin əhəmiyyətini izah edərək alış-veriş zamanı qadınların daha çox vaxt keçirməsini deməsi ölkədə reaksiyalara səbəb olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Koronavirus epidemiyasında Tokiondan sonra ən çox virusa yoluxanların olduğu Osakada Bələdiyyəsinin başçısı İchiro Matsui xəstəliyin yayılmasını azaltmaq üçün xalq tərəfindən görülən tədbirlərə əməl etmələrini istəyib.

Bununla əlaqədar mətbuat konfransında Matsui bir jurnalistin marketlərə girişi məhdudlaşdırması barəsə sualına qadınların alış-verişə daha çox vaxt ayırdığını, kişilərin isə lazımlı məhsulları birbaşa aldığını söyləyib.
Matsui həyat yoldaşlarının birlikdə alış-veriş etməmələri gərəkdiyini də vurğulayıb.

Dövriyyəni azaltmaq üçün sədr deyib ki, bazara tək günlərdə doğulanlar tək, cüt günlərdə doğulanlar cüt günlərdə getməlidir.

Bir çox sosial media istifadəçisi bu şərhləri ayrıseçkilik kimi qəbul edərək bələdiyyə başçısına reaksiya verib.
Bir istifadəçi "Yaponiyada bu cür sözlər normal bir şeymiş kimi bir bələdiyyə sədrinin ağzından çıxa bilər. Üzücü bir vəziyyətdir" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə