Beynəlxalq ekoloji təşkilatlar "Greenpeace" və "Youth for Climate" iqlim böhranının aktuallığına diqqət çəkmək üçün Brüsseldə bir hologram aksiyası keçiriblər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Covid-19 səbəbiylə iclaslarını İnternet üzərindən davam etdirən ətraf mühit təşkilatları Avropa təsisatları və Belçika Parlamenti qarşısında toplaşaraq səslərini siyasi orqanlara eşitdirməyə çalışıblar.
"Holoqram yürüşü" keçirməklə siyasi məmurlardan koronavirus böhranından sonra ətraf mühit məsələlərinə diqqət yetirmələri istənib.
Gənclik üçün Climaye sözçüsü Toon Lambrecht "evdə qalırıq, ancaq səssiz qala bilmərik. Siyasi rəsmilərin Covid-19 və ya iqlim böhranı üçün elm adamlarına qulaq asmasını istəyirik" deyib.
Qeyd edək ki, aksiyada əvvəlki etiraz yürüşlərindən videolar da nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB