Makron COVID-19 ilə mübarizədə Avropa Birliyinin maliyyə yardımını yetərsiz hesab edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Emmanuel Makron AB tərəfindən koronavirusun təsirlərinə ciddi məruz qalan ölkələrə maliyyə yardımının yetərsiz olduğunu düşünür və Fransa prezidenti 500 milyard avro məbləğini çox kiçik hesab edir.
Siyasətçi düşünür ki, bu məbləğ itkilərin yarısını ödəməyəcəkdir.
"İnanıram ki, razılaşdırmaq üçün bir yol tapmasaq, Avropanın gələcəyi yoxdur. Vahid bazar vahid bir tamdır, bütövdür. Bu gün o istehsalçı olan bütün dövlətlər üçün faydalıdır. Əgər Avropanın bir hissəsini maliyyələşdirmədən tərk etsək, onda bütün Avropa zərər görər", deyə Makron bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB