Merkel: "Bu, uzun müddət davam edəcək"

Merkel: "Bu, uzun müddət davam edəcək"

Almaniya kansleri Angela Merkel ölkənin pandemiya ilə mübarizədə hələ başlanğıcda olduğunu bildirib. SİA xəbər verir ki, Merkel koronavirus pandemiyasının yayılması ilə əlaqədar hələ uzun müddət ölkənin bu vəziyyəti yaşamalı olacağını açıqlayıb.

Onun sözlərinə görə, virusa qarşı peyvənd tapıldığı halda bu hər kəsə təqdim ediləcək. Almaniya kansleri uzun müddət koronavirus xəstəliyi ilə yaşamağa məcbur qalacaqlarını da əlavə edib: "Epidemiya ilə əlaqədar fövqəladə bir dövr yaşayırıq və buna görə də bütün ölkə çətin bir sınaqdan keçir. Lakin, biz epidemiyanın son mərhələsini yaşamırıq, hələ başlanğıcdayıq. Epidemiya ilə uzun müddət yaşamalı olacağıq".

Angela Merkel vurğulayıb ki, işlədiyi müddət ərzindədə hələ belə çətin bir vəziyyət yaşamayıb:"Epidemiya ilə əlaqədar ölkə miqyasında məhdudlaşdırma qərarlarını asanlıqla qəbul etməmişik. Bu epidemiya demokratiyaya da təsir edir. Çünki, əsas hüquqlarımızı və ehtiyaclarımızı məhdudlaşdırır. İşlədiyim müddətdə belə bir qərar verməyə çətinlik çəkdim, amma bu məcburi idi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə