Kiyevdə Çernobl AES-in partlamasının 25 illiyi ilə bağlı beynəlxalq konfrans öz işinə başlayıb
Bu gün Çernobl Atom Elektrik Stansiyasının partlamasının 25 illiyi ilə bağlı Kiyevdə keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün İsveçrənin, Macarıstanın və Xorvatiyanın prezidentləri Mişlin Kalmi Rey, Pal Şmit və İvo Yosipoviç artıq Ukraynadadırlar. SİA-nın məlumatına görə, günün ikinci yarısına kimi Polşa prezidenti Bronislav Komorovski və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu ölkəyə gəlməsi gözlənilir.
Bundan başqa yayılan məlumata görə, Ukraynanın paytaxtına həmçinin Azərbaycanın baş naziri Artur Rəsizadə, o cümlədən Fransa, Litva, Belçikanın baş nazirləri və Rumıniya parlamentinin rəhbəri gəlib. Rusiya və Çin bu tədbirdə baş nazirin müavinləri səviyyəsində təmsil olunur, ABŞ isə bu ölkəyə prezidentin xüsusi nümayəndəsini göndərib.
Həmçinin tədbirdə BMT-nin baş katibi Pan Gi Mun, MAQATE-nin rəhbəri Yukiy Amano və Avropa Komissiyasının sədri Xose Manuel Barozzo iştirak edirlər.
Ukrayna XİN-nin yaydığı məlumata görə, beynəlxalq tədbirdə iştirak üçün 331 Ukrayna və xarici jurnalistlər akkreditə olunublar.
Bu gün səhər artıq Ukrayna Evində ölkə prezidenti Viktor Yanukoviçin iştirakı ilə Çernobl layihələrinin maliyyələşdirilməsi üçün üsulların toplanması üzrə donor ölkələrin konfransı, o cümlədən nüvə enerjisinin təhlükəsiz və innovativ istifadəsi məsələsi ilə bağlı konfrans öz işinə başlayıb.
20-22 aprel tarixlərində Ukrayna evində "Çernobl faciəsinin 25 illiyi. Gələcəyin təhlükəsizliyi" adlı konfransın keçirilməsi planlaşdırılır. Bundan başqa BMT-nin "Çernobl məsələsi üzrə beynəlxalq elmi-informativ şəbəkə" (ICRIN) adlı layihəsi 19 aprel tarixində "Çernobl faciəsi nəticəsində zərər görmüş ərazilərdə həyat: gələcəyə baxış" adlı seminar keçirəcək.
Faciənin ildönümü günündə-26 aprel tarixində isə Ukrayna, Rusiya və Belarus prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır. Həmin gün prezidentləri Vikotr Yanukoviç, Dmitri Medvedyev və Aleksandr Lukaşenko faciə qurbanlarının xatirəsini yad edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB