Dünya miqyasında koronavirusla bağlı son vəziyyət

Dünya miqyasında koronavirusla bağlı son vəziyyət

Çinin Uhan şəhərində meydana çıxan koronavirusa (Covid-19) dünya miqyasında bu günə qədər 2 milyon 639 min 26 nəfər yoluxub. Virusa yoluxanlardan 184 min 263 nəfər ölüb, 722 min 171 nəfər isə sağalıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniya 150 min 648 nəfər ilə dünyada xəstəliyin ən çox yayıldığı ölkələr arasında 5-ci yerdədir. Burada son 24 saat ərzində virusa yoluxan 2 min 195 nəfərdən 229-u ölüb.

Cənubi Amerika ölkəsi olan Peruda yeni tip koronavirus epidemiyasından ölənlərin sayı 530 nəfərə çatıb.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə