“Şərq Tərəfdaşlığı” sammiti baş tuta bilər

“Şərq Tərəfdaşlığı” sammiti baş tuta bilər

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti koronavirus pandemiyasına baxmayaraq 2020-ci ilin iyununda baş tuta bilər. SİA-nın məlumatına görə, bunu Avropa Komissiyasının vitse-prezidenti Josep Borrel deyib.

O bildirib ki, “Şərq Tərəfdaşlığı" sammiti Aİ-nin regiona dəstəyini nümayiş etdirə bilər: “Fikrimizcə, “Şərq Tərəfdaşlığı” sammiti iyunda keçirilə bilər. Bu tədbir əhəmiyyətli hadisə olmalıdır. Eyni zamanda Aİ-nin regiona dəstək göstərmək, əməkdaşlığın konkret istiqamətlərinin inkişafına, dayanıqlı iqtisadi artıma və iş yerlərinin yaradılmasına kömək göstərmək niyyətini təsdiq edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə