Bəşəriyyətin ən təhlükəli pandemiyası hansıdır? Mütəxəssislər AÇIQLADI
Mütəxəssislər yeni növ koronavirusun yayılmasının bəşəriyyət tarixində ən pis pandemiyaya çevriləcəyinə şübhə ilə yanaşırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqat müəllifləri hesab edir ki, COVID-19 virusu dünyanın ən ölümcül xəstəliklər sırasında ilk iyirmiliyə də daxil olmayacaq.
100 minlərlə insanın ölümünə səbəb olan 23 pandemiyanı araşdıran mütəxəssislər hesab edir ki, bəşəriyyət üçün ən ağır pandemiya 1347-1351-ci ildə geniş yayılan "Qara ölüm" olaraq bilinən vəba epidemiyasıdır. Qeyd olunub ki, həmin zaman dünya əhalisinin 42 faizi - 200 milyon insan xəstəliyin qurbanı olub.
Reytinqdə ikinci yerdə 60 milyon qurbanı olan (əhalinin 28,5 faizi) 541-542-ci illər arasında yayılan vəba epidemiyasıdır.
Tədqiqatçıların fikrincə QİÇS dövrümüzün ən ölümcül xəstəliyi olaraq qalır. 1981-ci ildə xəstəliyin aşkar edildiyi vaxtdan bu günə qədər HİV infeksiyası nəticəsində dünya əhalisinin 0,57% -i (30 milyon adam) dünyasını dəyişib.
Qeyd edək ki, COVİD-19 virusu 2019-cu ilin dekabr ayında ilk dəfə Çinin şəhərində qeydə alınıb. İnfeksiya 210-dan çox ölkəyə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu martın 11-də pandemiya elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB