Türkiyənin vitse-prezidenti ilə Rusiyanın Baş Naziri arasında telefon danışığı olub

Türkiyənin vitse-prezidenti ilə Rusiyanın Baş Naziri arasında telefon danışığı olub

Türkiyənin vitse-prezidenti Fuat Oktayla Rusiyanın Baş Naziri Mixail Mişustin arasında telefon danışığı olub.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, telefon söhbətində hər iki dövlət rəsmisi yeni növ koronavirusla (COVID-19) mübarizədə əməkdaşlıq, ikitərəfli əlaqələri və regional məsələlər haqqında müzakirə aparıblar.

Fuat Oktay COVID-19 pandemiyası ilə mübarizədə Türkiyənin qazandığı təcrübəni bölüşə biləcəyini vurğulayıb.

Telefon söhbətində bundan başqa iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması və COVID-19 səbəbindən mövcud layihələrə fasilə verilməməsi məsələlərinə də toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə