Tramp: "İran katerlərini məhv edin!"

Tramp: "İran katerlərini məhv edin!"

ABŞ Prezidenti Donald Tramp Hərbi-Dəniz Qüvvələrinə onun gəmilərinə maneə törədən İran katerlərini məhv etməklə bağlı tapşırıq verib. SİA xəbər verir ki, bu barədə D.Tramp özünün "Twitter" səhifəsində yazıb.

O, tapşırığı ilə bağlı hər hansı bir təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Hərbi-Dəniz Qüvvələrinin beşinci donanması Fars körfəzində İran katerlərinin ABŞ gəmilərinin yaxınlığında təhlükəli manevrlər keçirdiyini bildirmişdi. Katerlərin ABŞ hərbi gəmilərinə 9 metr məsafəyədək yaxınlaşdığı deyilmişdi.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə