Dünya hələ də koronavirus pandemiyasının ilk mərhələsindədir və buna görə də konkret olaraq ölkələrdə sonrakı infeksiya dalğaları barədə proqnoz vermək hələ mümkün deyil. SİA xarici mətbuata istinadən xıbır verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynovic deyib.
"Ümumiyyətlə, dünya hələ də pandemiyanın başlanğıc mərhələsindədir. Hər bir ölkədəki vəziyyətin nə zaman pik olacağı, gələcək dalğaların harada və nə vaxt olacağı barədə əvvəlcədən proqnoz vermək hələ mümkün deyil. İndi virusun ötürülməsini azaltmaq və həyatı xilas etmək üzərində dayanmalıyıq", deyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bildirib.
Vuynovic qeyd edib ki, heç bir riyazi model və ya ekspert proqnozu bütün suallara cavab verə bilməz, lakin meyllərin müəyyənləşdirilməsi üçün faydalı ola bilər. Koronavirusun yayılmasını yavaşlatmaq üçün yalnız tədbirlərə ciddi riayət etmək tələb olunur.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 2.4 milyondan çox insan koronavirusa yoluxub, onlardan 165 min nəfəri ağırlaşmalar nəticəsində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB