"İŞİD üzvü reper" İspaniyada tutulub

"İŞİD üzvü reper" İspaniyada tutulub

İspaniyada terrorla mübarizə qruplarının həyata keçirdiyi əməliyyatda dünyada İŞİD-lə əlaqəli bir şəxs tutulub. Suriyada döyüşdüyü bildirilən Abdel-Majed Abdel Barinin daha əvvəl İngiltərədə bir reper olduğu bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Sözügedən şəxsin 'Çihatçı rapçi' adı ilə tanınan, sosial mediada kəsilmiş başla poza verdiyi xatırladılır.

Britaniya rəsmiləri də İspaniyanın cənubundakı Almeria şəhərində tutulan şübhəlinin şəxsiyyətini təsdiqlədilər.

Londonda 'Lyricist Jinn and L Jinny' olaraq bilinən repçinin, din dəyişdikdən sonra radikallaşdığı bildirilir. Abdel Barinin 2013-ci ildə Suriyaya döyüşməyə gedən ilk kəslərdən olduğu ifadə edilərkən 2015-ci ildə Türkiyəyə qaçdığı ifadə edilir.

Xatırladaq ki, 29 yaşlı İngiltərə və Misirdən olan Abdel Bari, İŞİD əlaqələri səbəbiylə İngiltərə vətəndaşlığından çıxarılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə