Avropada Covid-19 ilə mübarizədə vəziyyət yaxşılaşmağa başlayıb: - Məhdudiyyətlər qaldırılır
Avropada Covid-19-un səbəb olduğu ölümlərin sayında azalma müşahidə olunmağa başlayıb. Bazar ertəsinə İspaniya son həftələrin ən aşağı ölüm nisbəti ilə başlayıb. İngiltərədə son 14 gündə ən az itki qeydə alınsa da, İtaliya fevral ayından bəri ilk dəfə ölüm halı azalıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Avropa ölkələrində baş vermiş bu müsbət mənzərə Almaniyada və bir sıra digər ölkələrdə komendant saatları azaltmaq qərarı ilə nəticələnib.
Almaniyadakı mağazalar, Danimarkadakı bağçalar, Avstraliyada çimərliklər
Məsələn, Almaniya bəzi mağazaların qapılarını açmasına icazə verib, bununla yanaşı təhsilin mayın 4-də bərpa olunacağını bildirib. Almaniyanın Liepzig şəhərində bir mağaza sahibi müştərilərini bir daha qarşılamaqdan məmnun olduğunu söyləyib.
Danimarkada ailələr uzun müddət sonra ilk dəfə uşaqlarını uşaq bağçalarına apara biliblər. Gələn həftə ibtidai məktəblərin də təhsilə başlayacağı açıqlanıb. İki övladını gündüz baxçaya qoyan Silje, onların yenidən yoldaşlarıyla görüşdüklərinə sevindiklərini söyləyir. Skandinaviya ölkəsində sürücülük kursları, diş həkimləri, döyməçilər, masaj salonları və bərbərlər kimi kiçik müəssisələrin yenidən xidmətinə yaşıl işıq yandırılıb.
Hətta ölüm nisbəti ən yüksək olan ölkələrdən biri olan İtaliyada kitab satıcılarına mağazanı açmağa icazə verilib. Yay mövsümünün sonuna yaxınlaşan Avstraliya, Sidney yaxınlığında gəzinti, qaçış, üzgüçülük və ya sörf üçün üç çimərliyin ictimaiyyətə açılacağını açıqlayıb.
Yeni Zelandiya Baş naziri Jacinda Ardern, "Biz dağıntı dalğasını dayandırdıq" deyərək məhdudiyyətlərin gələn həftə asanlaşdırılacağını söyləyib.
ABŞ-da məhdudiyyətlərə etiraz
ABŞ-da Nyu-York qubernatoru baş verən hadisələrin irəlilədiyini söyləsə də, bəzi amerikalılar təmkin əmrlərinə etiraz etməyə başlayıblar.
Yüzlərlə insan epidemiyanın dünyada ən çox can aldığı və yoluxduğu ölkədə məhdudiyyətlərin aradan qaldırılması üçün Kolorado, Texas, Merilend, Nyu-Hempşir və Ohayoda nümayişlər keçirib. Prezident Donald Tramp da nümayişləri dəstəkləyən liderlər sırasında idi.
Covid-19 ilə mübarizə hələ bitməyib
Bununla birlikdə hər şeyin normala qayıtması üçün aylar lazım olacağını vurğulayan mütəxəssislər, yeni bir epidemiya dalğasına qarşı tədbirləri əldən buraxmamağa çağırır.
Epidemiyanın başlanğıcında olduqlarını vurğulayan Almaniyanın Baş naziri Angela Merkel də almanları "nizam-intizam" tədbirlərinə riayət etməyə çağırdı və əlavə edib: "Hələ mübarizədə qalib gəlməmişik."
Fransanın Baş naziri Edouard Philippe də baş verənlərə qarşı xal qazanmağın, xəstəliyin aradan qaldırılması anlamına gəlmədiyini vurğulayıb. Ölkədə 23 mart tarixindən bəri ilk dəfə olaraq ölənlərin sayında azalma yaşanıb və ölümün azalması bizi epidemiyanın arxada olduğunu düşünməyə vadar etməməlidir".
İndiyə qədər virus təxminən 2,4 milyon insana ötürülüb, epidemiya səbəbiylə 165 min insan ölüb. Bu ölümlərin üçdə ikisi Avropada baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB