Cenevrədə BMT-nin 14 işçisi COVID-19 virusuna yoluxub

Cenevrədə BMT-nin 14 işçisi COVID-19 virusuna yoluxub

Cenevrədə BMT-nin 14 işçisi COVID-19 virusuna yoluxub.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın Cenevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi bildirib.

“20 aprel tarixində Cenevrədə 14 əməkdaşda koronavirus testi müsbət nəticələnib”, - o belə deyib.

Aprelin 14-də Velluççi jurnalistlərə verdiyi açıqlamasında dünyada ümumilikdə 189 BMT əməkdaşının virusa yoluxduğunu, üç nəfərinsə öldüyünü bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə