Putin: "Koronavirusu yavaşlatdıq" AÇIQLAMA

Putin: "Koronavirusu yavaşlatdıq" AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirusun (COVID-19) pandemiyasının yayılma sürətini yavaşlatdıqlarını açıqlayıb. SİA xəbər verir ki, Putin pandemiyanın pik zirvəsinin hələ də ötüşmədiyini bildirib.

Rusiyada bu gün açıqlanan rəqəmlərə görə, həftə boyu tətbiq olunan koronavirus tədbirlərindən sonra ilk dəfə yoluxma hallarının sayı azalıb, Rusiya lideri ölkədəki epidemioloji vəziyyətlə bağlı mütəxəssislərlə görüş keçirib.

Putin çıxışında urğulayıb: "Nəticələr təsdiqləyir ki, epidemiya ilə mübarizənin ilk mərhələsini, yəni xəstəliyin yayılmasının yavaşlamasına uğurla nail olmuşuq. Lakin, bu, bizi heç vaxt təngə gətirməməlidir. Vaxtı azaltmaq üçün hər şeyi etməliyik"

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə