Belarusda indiyədək 47 nəfər koronvirus infeksiyasının qurbanı olub. SİA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Səhiyyə Nazirliyindən bildirilib.
Məlumatda deyilir ki, hazırda 3 538 nəfər stasionar müalicədədir, digərləri ambulator müalicə alır, yaxud xəstəxanadan buraxılıb, 86 nəfər xüsusi həkim nəzarəti altındadır.
Aprelin 17-də Belarusda koronavirusa yoluxanların ümumi sayının 4 779 nəfər olduğu bildirilib. Aprelin 18-i və 19-da isə respublikanın Səhiyyə Nazirliyi tərəfindən yoluxanların ümumi sayı barədə məlumat açıqlamayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB