Braziliyada koronavirusa yoluxma hallarının sayı 36 mini keçib

Braziliyada koronavirusa yoluxma hallarının sayı 36 mini keçib

Braziliyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 36 mini keçib.

SİA xəbər verir bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutka ərzində 2917 nəfərdə COVID-19-a yoluxma halı qeydə alınıb, bununla da virusa yoluxanların ümumi sayı 36 599-a çatıb. Son məlumatlara görə, ümumilikdə 2347 nəfər koronavirusdan ölüb.

Ən çox yoluxma halları San-Paulo ştatında qeydə alınıb – 13 894 nəfər.

Bütün xəbərlər Facebook səhifəmizdə