Ankarada üçmərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib

Ankarada üçmərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib

Ankaranın Çankaya rayonunda yerləşən 3 mərtəbəli özəl bir qocalar evində güclü yanğın baş verib.

SİA Ankara valiliyinə istinadla xəbər verir ki, burada yaşayan 41 qoca təxliyə olunub.

Ailə, Əmək və Sosial Müdafiə Nazirliyi (AƏSMN) ahıllardan altısını özü istəkləri ilə ailələrinə təhvil verib, 10 nəfər xroniki xəstəliyi olan şəxs xəstəxanalara, digər 25 nəfər isə AƏSMN-ə bağlı olan mərkəzlərdən birinə yerləşdirilib.

Yanğında tələfat və yaralı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə