Rustam Emamali Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin sədri seçilib
Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin altıncı çağırış birinci sessiyası keçirilib.
SİA xəbər verir ki, sessiyada Tacikistan Prezidenti Emamali Rahmon çıxış edib.
Sessiyada Tacikistan Prezidentinin böyük oğlu Rustam Emamali Tacikistan parlamentinin aşağı palatası - Məclisi Millinin sədri seçilib.
İclasda sədr müavinləri və komitə sədrləri də seçilib.
Xatırladırıq ki, R.Emamali 2012-2017-ci illərdə Tacikistan Futbol Federasiyasının prezidenti, 2017-2020-ci illərdə Düşənbə şəhərinin sədri vəzifələrində işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB