Türkiyədə son sutkada daha 126 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada daha 126 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 126 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1769 nəfərə çatıb.

Ölkədə 4 353 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 78 546 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1542 nəfər sağalıb, sağalanların ümumi sayı 8631 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə