18 yanvar 2002-ci ildən bəri ilk dəfə WTI markalı neftin bir bareli 18 dollardan aşağı düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, neft qiymətləri mart ayında OPEC + sazişinin süqutundan sonra düşüb.
OPEC + ölkələri, aprelin 12-də keçirilən təcili iclas zamanı neft hasilatının azaldılması barədə razılığa gəliblər. 23 ölkə neft hasilatını gündə 9,7 milyon barel azaltmaq barədə razılığa gəlib. Əməliyyat may-iyun dövrləri üçün etibarlıdır.
Bundan əlavə, ilin ikinci yarısında neft hasilatını 7,7 milyon, 2022-ci ilin sonunda isə 5,8 milyon azaltmaq planlaşdırılır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB