Dünya çempionunun ölüm səbəbi - koronavirus

Dünya çempionunun ölüm səbəbi - koronavirus

1966-cı ildə Dünya Çempionatının qalibi olan İngiltərə yığmasının tərkibində olan Norman Xanter, koronavirusa yoluxduqdan sonra ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Lids" klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 76 yaşlı keçmiş idmançı aprelin 10-da xəstəxanaya yerləşdirilib və bir həftə içində dünyasını dəyişib.

"Onun mirası heç vaxt unudulmayacaq və bu çətin vaxtda Norman ailəsinə və yaxınlarına dəstək olmaq istəyirik", deyə klubun mətbuat xidməti bildirib.

Qeyd edək ki, Norman Xanter mərkəzi müdafiəçi kimi çıxış edib. O, idman karyerasının böyük hissəsini "Lids" də keçirib. Bu klub üçün o, 726 oyun keçirib ki, bu da komanda tarixində dördüncü göstəricidir. Bundan əlavə, o Bristol Siti və Barnsley də oynayıb. Milli komanda ilə birlikdə Xanter 1966-cı ildə Dünya Kubokunu qazanıb və 1968-ci ildə Avropa çempionatının bürünc medalçısı olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə