Bir gündə koronavirusa 4 mindən çox yoluxma qeydə alındı

Bir gündə koronavirusa 4 mindən çox yoluxma qeydə alındı

Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti dəfə rekord vurub. SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 4 069 nəfər koronavirusa yoluxub, daha 41 nəfər virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada 32 007 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 273 nəfərə çatıb.

Ümumilikdə, 2 590 nəfər sağalıb, 29 144 nəfərin müalicəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə