Çinin Vuhan şəhərində bazarlar nə vəziyyətdədir?

Çinin Vuhan şəhərində bazarlar nə vəziyyətdədir?

Yeni növ koronavirusun (SARS-CoV-2) heyvandan insana ötürüldüyü ilk yer olduğu düşünülən Çinin vəhşi heyvan bazarları Covid-19-un pandemiyaya çevrilməsilə dünyada tənqid hədəfinə çevrilib. Çin hökuməti Covid-19 ilə birlikdə vəhşi heyvanların satışını qadağan etdi, ancaq bazarların yenidən açılması beynəlxalq səviyyədə tənqid edildi. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Virusun aylarla göründüyü Vuhan şəhərinin təcrid müddəti 8 apreldə başa çatıb. Artıq şəhərin bazarları yaşamaq uğrunda mübarizə aparır. Topdansatış bazarında ədviyyatlar satan Yang AFP-yə açıqlamasında deyib ki, şübhəsiz, bu il məhkum olduq. Bizim bazarda heç vaxt bu qədər az insan olmayıb.

Şəhərdə virusun başlanğıc nöqtəsi sayılan və müxtəlif ekzotik heyvanların satıldığı Huanan Dəniz Bazarı hələlik bağlıdır.

Vuhan bazarları virusdan sonra hansı vəziyyətdədir?

Asiyadakı bazarlar təzə ət, tərəvəz və balıqları münasib qiymətə almaq üçün məşhur yerlərdir. Bu bazarların bəzilərində canlı heyvanlar satılır, amma hamısında deyil. Bu həftə Vuhanda AFP müxbirlərinin ziyarət etdiyi 3 bazarda canlı tısbağaların, qurbağaların, balıqların və xərçəngkimilərin satıldığı görülüb. Ancaq bu bazarlarda xəstəliklərlə əlaqəli quş əti və ya məməlilərin satışına rastlanmayıb.


Baishazhou bazarındakı satıcılar artıq gündə bir neçə dəfə ərzaq rəflərini dezinfeksiya etməli olduqlarını söyləyirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə