Aramsız yağan leysan xarakterli yağışlar Kolumbiyanın şimalında yerləşən Santander departamentində torpaq sürüşməsinə səbəb olub. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Florian şəhərində 11 nəfər ölüb. İtkin düşənlərin olduğu bildirilir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər dağıntılar altından 2 nəfəri xilas etməyə müvəffəq olub.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Mövcud vəziyyətlə əlaqədar müvafiq işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB