Hollivud aktyorları Robert de Niro və Leonardo Dikaprio ABŞ-da koronavirus böhranından sonra insanlara kömək edən "All in Challenge" kampaniyasına öz hesablarından ianə edən bir fan üçün yeni filmlərində rol verəcəklərini açıqlayıblar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Oscar mükafatı alan ikili, rolun Hollivudun ən nüfuzlu rejissorlarından biri Martin Scorsese'nin 'Killers of the Flower Moon' filmində olacağını bildirib.
Dünyada indiyə qədər edilən ən böyük ianə kampaniyasına çatmağı hədəfləyən Fanatics qeyri-hökumət təşkilatı tərəfindən başladılan "All in Challenge" ölkədə koronavirus böhranından sonra işini itirən yoxsul, yaşlı və ehtiyacı olan insanlara qida yardımı göstərmək üçün qurulub.
Michael Rubin, Alan Tisch və Gary Vaynerchuk adlı üç sahibkarın başlatdığı kampaniyaya bir çox kino ulduzu, idmançı, sənətçi və televiziya işçiləri də dəstək verib. Bu məşhur adlar ianə qarşılığında azarkeşlərindən birinə birlikdə yemək yeməyi, bir NBA matçını izləyəcəklərini, mahnı oxumalarını, evlərinə qonaq gedəcəkləri kimi vədlər veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB