"Əlbətdə qorxuruq və özümüzü təcrid edirik" Şahzadə Harry

"Əlbətdə qorxuruq və özümüzü təcrid edirik" Şahzadə Harry

Həyat yoldaşı, keçmiş Amerika aktrisası Meqan Markl və kiçik oğlu Arçi ilə birlikdə Los-Ancelesə (ABŞ) köçən İngiltərə şahzadəsi Harri, koronavirus pandemiyası zamanı necə vaxt keçirdiyini izah edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sassex hersoqu, ağır xəstə uşaqlara qayğı göstərən “WellChild” İngilis təşkilatının üzvləri ilə yarım saatlıq video söhbətində bu barədə bildirib və öz hekayəsini bölüşüb.

Şahzadə Harrinin sözlərinə görə, özünü təcrid etməyin üstünlükləri də var. Bu üstünlüklərə, məsələn, ailə ilə daha çox vaxt keçirmək kimi nümunə ola bilər.

"O qədər vaxt keçir ki, hətta bunun üçün adam özünü günahkar hesab etməyə başlayır. Adam o qədər sevinir ki, gülərək sevincindən döşəməyə yıxılır", deyə şahzadə bildirib.

Şahzadə Harrinin sözlərinə görə, "qəribə vaxtlar" olsa da, özünü yaxşı hiss edir. Onun sözlərinə görə, hər şey əhval-ruhiyyədən asılıdır. O, qeyd edib ki, əgər mənəviyyat yüksək səviyyədədirsə və insan sevdiklərinə yaxındırsa, bu yaxşıdır.

"Əlbəttə ki, nə baş verəcəyindən də qorxuruq, amma əlimizdən o qədər şey gəlmir və birdən bu dünyada nə qədər kiçik olduğumuzu anlayırıq", deyə Şahzadə Diananın oğlu etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə