İranda koronavirusdan ölənlərin sayı 4869-a çatdı - STATİSTİKA

İranda koronavirusdan ölənlərin sayı 4869-a çatdı - STATİSTİKA

İran dövlət televiziyasının məlumatına görə, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur Covid-19 səbəbiylə son 24 saatda 92 adamın həyatını itirdiyini açıqlayıb. SİA bunu xarici mətbuata istinadən xəbər verir.

Beləliklə, Cihanpur ümumi itkinin 4869-a qədər artdığını və yoluxmaların sayının artaraq 77995-ə çatdığını bildirib.

Xəstələrin 3594-nün vəziyyətinin ağır olduğunu bildirən Cihanpur 52229 adamın müalicələrinin tamamlandıqdan sonra xəstəxanadan təxliyə edildiyini bildirib.

Xatırladaq ki, Covid-19 İranda ilk dəfə fevralın 19-da Qum şəhərində aşkarlandığı açıqlanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə