Avstraliya alimləri təmizlənməmiş çirkab sular vasitəsilə əhali arasında koronavirusun erkən aşkarlanması üçün bir sistem inkişaf etdirirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Dövlət Assosiasiyasının saytında yer alıb.
Məqalədə Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Dövlət Assosiasiyasının və Queensland Universitetinin tədqiqatçılarının Avstraliyada təmizlənməmiş kanalizasiya kanallarında SARS-CoV2 virusunun mövcudluğunu müəyyənləşdirdiyi qeyd olunur. Bunu etmək üçün, Queenslandın cənub-şərqindəki iki çirkab su təmizləyici qurğunun nümunələrindən istifadə edilib.
"Ümid edirik ki, sonda yalnız COVID-19-un mövcudluğunun coğrafiyasını deyil, həm də hər bir insanı sınamadan yoluxmuş insanların təxmini sayını müəyyən edə biləcəyik", deyə Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Dövlət Assosiasiyasının baş direktoru Larry Marshall bildirib.
Ölkənin səhiyyə naziri Qreq Xant, alimlərin layihəsini çox həvəsləndirici hesab etdiyini bəyan edib.
Xatırladaq ki, son məlumatlara görə, Avstraliyada 6458 nəfərdə koronavirusa yoluxub, 63 nəfər isə bu xəstəlikdən ölüb.
Qeyd edək ki, yeni il ərəfəsində Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) naməlum mənşəli pnevmoniyanın baş verməsi barədə məlumat verib. Yanvar ayında buna SARS-CoV-2 coronavirus səbəb olduğu məlum oldu. Mart ayında ÜST vəziyyəti pandemiya olaraq tanıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB