Fransada bir gündə 1500 insan ölüb koronavirusdan

Fransada bir gündə 1500 insan ölüb koronavirusdan

Sərt tədbirlərə baxmayaraq, Fransada 24 saat ərzində koronavirusdan demək olar ki, 1,5 min insan ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, aviadaşıyıcı gəmi də yeni bir yoluxma ocağına çevrilib. Bu gəminin göyərtəsində təxminən 700 nəfər virusa yoluxmuş insan var.

"Şarl De Qoll" təcili olaraq limana çağrılıb və bütün dənizçilər iki həftə təcridxanaya göndərilib.
İtaliyada pandemiya qurbanlarının ümumi sayı 21 mini keçib. Belçikada virusun yayılması təhlükəsi səbəbindən məktəblərdə imtahanlar ləğv edilib və karantin may ayına qədər uzadılıb. Çexiya və Almaniya, əksinə, rejimi zəiflədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə