Dünyada koronavirusa yoluxanların sayı 2,064,115-ə, qurbanların sayı isə 132 020-yə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, aprelin 16-da, COVID-19-ın yayılmasını izləyən Amerika Johns Hopkins Universiteti tərəfindən elan edilib.
Qeyd olunub ki, son bir gündə dünyada 81,834 yeni yoluxma hadisəsi aşkar edilib, koronavirusdan ölənlərin sayı isə 5298 nəfər artıb. Həmçinin bilrilib ki, ən çətin epidemioloji vəziyyət ABŞ-da olub. Ştatlarda 30 925 nəfər ölüb, eyni zamanda İspaniya, İtaliya, Almaniya və Fransada da ölənlər var.
Çində, son 24 saat ərzində xaricdən 34, ölkə daxilindən isə 12 nəfər olmaqla 46 yeni yoluxma müşahidə edilib. COVID ilə əlaqəli bu ölkədə ölüm hadisəsi qeydə alınmayıb.
Xatırladaq ki, Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniya xəstəliyi barədə səlahiyyətlilər 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına bildiriblər. Nəticədə, COVID-19 adlanan xəstəliyin törədicisinin yeni bir koronavirus SARS-CoV-2 olduğu təsbit edilib. Bir neçə ay ərzində xəstəlik təxminən 200 ölkəyə yayılıb. Martın 11-də isə ÜST vəziyyəti pandemiya elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB