Ekvadorda Covid-19-un episentri olan Guayaquildə evlərdən və xəstəxanalardan 1424 cəsəd toplanıb.
Ekvador Prezidenti Lenin Moreno xalqa müraciətində insanları ölkəsində baş verən Covid-19 epidemiyasına qarşı mübarizəyə səsləyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Ekvadorda virusa qarşı görülən tədbirləri xatırladan Moreno nitqində "Epidemiyaya hazırlıqsız yaxalandığımız barədə şərhləri görürəm. Əlbəttə ki, hazır deyildik, heç kim hazır deyildi. Soruşuram sən hazır idin? Ailəniz, şirkətiniz və ya hər hansı bir ölkə hazır idimi?" ifadələrin yer verib.
Ekvadorda "Covid-19" pandemiyasının episentri olaraq adlandırılan Guayaquildəki xəstəxanalarda meyitxanaların dolduğu və cənazə xidmətinin təmin edilməməsi səbəbiylə meyitləri küçələrə atdıqları və küçədə yandırdıqları barədə xəbərlərə daha tez-tez rast gəlinir.
Şəhərdə cəsədləri toplamaq üçün ordunun köməyi ilə qurulan Birgə İş Qüvvələrinin rəhbəri Uated toplanan cəsədlərin ölüm səbəbinin Covid-19 olduğu haqda bilgiyə sahib olmadığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB