Koronavirusla mübarizə üçün 5 milyon dollar toplayan 99 yaşlı veteran

Koronavirusla mübarizə üçün 5 milyon dollar toplayan 99 yaşlı veteran

İngiltərədə 30 aprel tarixində 100 yaşı tamam olacaq İkinci Dünya Müharibəsi veteranı Tom Mur koronavirusla mübarizədə Milli Səhiyyə Xidmətinə yardım olaraq vermək üçün 4 milyon funt (5 milyon dollar) pul toplayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə çərşənbə günü BBC Yayım Korporasiyası məlumat yayıb.

Məlumata görə, veteran əvvəlcədən planlaşdırıldığından da 4 min dəfə çox pul yığıb. Qeyd olunur ki, Mur özünə məxsus veb saytında ianələr üçün bir sorğu yayımlayıb ki, bundan sonra 98 min insan bu sorğuya cavab verib və nəticədə vəsaitlər veteranın hesabına köçürülüb.

Xatırladaq ki, ölkənin Səhiyyə Nazirliyinin son məlumatına görə, İngiltərədə koronavirusa yoluxanların sayı 94 minə yaxındır. Ölən xəstələrin sayı isə 12 mini keçib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə