Hava şəraiti ABŞ-a milyardlarla dollara başa gəldi

Hava şəraiti ABŞ-a milyardlarla dollara başa gəldi
Cənubi ABŞ-da baş verən fırtına qurbanlarının sayı 45-ə çatıb. SİA-nın məlumatına görə, hava şəraiti Şimali Karolina, Okloxoma və Virciniyaya ziyan vurub. Fırtına özü ilə bərabər güclü yağış, dolu və yüzlərlə tornada gətirib.

Bir neçə ştatda fövqəladə vəziyyət elan edilib. Minlərlə insan evsiz qalıb, bir çox şəhərlərin elektrik xəttləri qırılıb. Zərərçəkən rayonlarda xilasedici əməliyyatlar aparılır. İlkin məlumatlara görə, hava şəraiti milyardlarla dollar ziyan vurub.

Bu arada sinoptiklərin də məlumatı ürəkaçan deyil. Belə ki, onlar bildiriblər ki, fırtına yaxın 24 saat müddətində Ohayoya çatacaq.
Qeyd edək ki, ABŞ-da hər il tornada nəticəsində orta hesabla 70 nəfər həlak olur.

Bütün xəbərlər Facebook səhifəmizdə