ABŞ Rusiyaya COVID-19 ilə mübarizə üçün avadanlığı göndərməyə hazırdır Donald Tramp
Donald Tramp Vladimir Putin ilə telefon danışığında ABŞ-ın Rusiyaya koronavirusla mübarizə üçün avadanlıq göndərməyə hazır olduğunu söylədi. SİA RenTV-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Prezident Tramp bu cür yüklərin alınmasında maraqlı olduğunu bildirib, və bilirsiniz ki, bunları Rusiya və ABŞ-ın müvafiq sahibkarlıq subyektləri ödəyiblər. Amerika tərəfinin bu və ya digər avadanlıq və ya digər mühafizə vasitələrinin tədarükündə kömək istəməsi halında biz, şübhəsiz ki, bunları nəzərdən keçirəcəyik", deyə Sergey Lavrov bildirib.
Diplomatın sözlərinə görə, ölkələr epidemiya ilə mübarizədə "tərəfdaşlıq yanaşması" qurmağı bacarıb və buna "hər tərəfdən dəstək verilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB