Rusiya koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsi etmək niyyətindədir Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyasının koronavirus infeksiyası ilə mübarizə sahəsində təcrübəsini bölüşmək niyyətində olduğunu söyləyib. SİA RenTV-yə istinadə xəbər verir ki, bu barədə Rusiya prezidenti video formatda keçirilən Ali Avrasiya İqtisadi Şurası üzvlərinin iclasında bildirib.
Qeyd olunub ki, peyvənd üzərində iş gedir və Moskva nəticə verməyə hazırdır.
"Rusiya dərmanlar və pandemiya ilə mübarizə üçün xüsusi vasitələr üzərində, peyvəndlər üzərində çox fəal işləyir", deyə Putin video formatda keçirilən iclasda fikirlərini ifadə edib.
Putin ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Rusiya Federasiyası nəticələri bölüşə biləcək.
Xatırladaq ki, 2019-cu ilin sonlarında Mərkəzi Çində koronavirus infeksiyasının yayılması qeydə alınıb. Daha sonra xəstəlik təxminən 200 ölkəyə yayılıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasını elan edib. Dünyada 1.9 milyondan çox insan bu xəstəliyə yoluxub, 110 mindən çox adam bu xəstəlikdən ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB