Özünü təcrid barədə kino ulduzları danışdı

Özünü təcrid barədə kino ulduzları danışdı

Bağlı kinoteatrlar və müvəqqəti özünü təcrid etmək hələ əyləncədən məhrum olmaq üçün bir səbəb deyildir. SİA REN TV –yə istiadən xəbər verirlər ki, Rusiya və Qərb kino ulduzları buna əmindirlər və evdə etdiklərini danışaraq, vaxtın necə əyləncə ilə keçirmək lazım olduğunu REN TV izləyicilərinə tövsiyə ediblər.

İndi aktyorları nələri izləyirlər? "Taksi" filmindəki rolu ilə tanınan Say Bai Lin, evdə vaxtını necə keçirdiyindən danışıb: “Mən Los-Ancelesdəki evimdə təcrid olunmuşam. Bütün həyatımda ilk dəfə belə halla rastlaşmışam. Bu müddətdə mən, “Küləklə sövrulanlar”, “Kasablanka” və “Roma Tətilləri” filmlərinə baxmışam.”

"İndi hamımızın yaxşı bir şeyə ehtiyacı var. Şəxsən mən klassikləri nəzərdən keçirirəm. Eldar Ryazanovun filmlərini izləyirəm", deyə Aktyor Aleksandr Nevski bildirib.

"Bizə müsbət emosiyalar lazımdır. İnanıram ki, müsbət emosiyaların ən etibarlı mənbəyi sovet kinomuzdur!", deyə aktrisa Julia Takşina etiraf edib.

Həftəlik istirahətimizin bir hissəsi olan ənənəvi kinoteatrlar bağlansa da, evdən çıxmadan film və TV şoularını izləyə biləcəyiniz onlayn kinoteatrlar böyük populyarlıq qazanıb. Yeri gəlmişkən, TV şouları getdikcə yaxşılaşır.
Psixoloqlar deyirlər ki, hər kəsə tövsiyə edilməli olan komediyadır. Hər insan özünəməxsusdur. Ancaq yatmazdan əvvəl yəqin ki, dəhşətli filmlərdən imtina etməlisiniz.

“Artıq sinir sistemini yükləyən, mənfi hisslərə keçə biləcək hər şey yaxşı deyil. Yuxusuzluğa gətirib çıxaran filmləri izləməməyiniz daha yaxşıdır”, deyə psixoloq Natalya Panfilova izah edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə