Fransa prezidenti Emmanuel Makron, koronavirus epidemiyası ilə əlaqədar xalqa səsləndiyi çıxışında karantin müddətinin 11 Maya qədər davam edəcəyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Makron, məktəblərin və uşaq bağçalarının mayın 11-dən sonra açılacağını açıqlayıb. Ancaq bu tarixdən sonra restoran, kafe və kinoteatr kimi yerlər bağlı qalmağa davam edəcək.
Bəzi ölkələrin iqtisadi cəhətdən əziyyət çəkdiklərini vurğulayan Makron, digər Avropa ölkələrinə səslənərək deyib: "Afrikadakı qonşularımıza iqtisadi cəhətdən kömək etmək üçün borclarını əhəmiyyətli dərəcədə ləğv etməyi bilməliyik".
Fransanın maska tədarükündə bəzi problemləri olduğunu etiraf edən Makron, dövlətin mayın 11-dən hər kəsə bir maska verəcəyini açıqlayıb.
Bundan əlavə, Makron iqtisadi vəziyyəti zəif olan ailələrə və tələbələrə maddi yardım göstəriləcəyini bildirib. Dövlət dəstəyinin iş yerlərində davam edəcəyini bildirən Makron, dövlətin bu müddətdə işləyə bilməyənlərə işsizlik müavinətlərini ödəməyə davam edəcəyini açıqlayıb.
Makron Covid-19 pandemiyası ölkədə görünməyə başlayandan bəri dördüncü dəfə Elysee Sarayından birbaşa xalqa müraciət edib.
Fransada epidemiyaya nəzarət etmək üçün martın 16-da başlanan karantin tətbiqinin aprelin 15-dək davam edəcəyi açıqlanıb. Fransada zəruri hallar istisna olmaqla, evdən çıxmağın qadağan olduğu yerlərdə çölə çıxanların səbəblərini izah edən sənəd olmalıdır.
Bu çərçivədə bazara və aptekə təməl ehtiyaclar üçün getməyə, peşə səbəbləri ilə çıxmağa və ev heyvanını gəzdirməyə icazə verilir. Bundan əlavə insanlara evdən 1 kilometr radiusda idman etməyə də icazə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB