Keçmiş müşavir koronavirusa yoluxub

Klintonun keçmiş müşaviri Corc Stefanopoulos koronavirusa yoluxub, hansı ki, bir müddət əvvəl koronavirus diaqnozu onun həyat yoldaşına qoyulmuşdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 59 yaşlı jurnalist, TV aparıcısı və ABC telekanalının səhər verilişinin siyasi məsləhətçisi məlumat verib.

Onun dediyinə görə, iki həftə əvvəl Corc qulluq etdiyi həyat yoldaşında COVID-19 diaqnozunun təsdiqlənməsinə görə heç "təəccüblənməyib".
Qeyd edək ki, 1993-cü ildə Stefanopoulos Ağ Evin rabitə şöbəsinin müdiri vəzifəsini icra edib. Sonra üç il prezident Klintonun böyük məsləhətçisi olub.
Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da 560 mindən çox insana COVID-19 diaqnozu qoyulub və 22 mindən çox xəstə virusun qurbanı olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə