Yazıçı Stiven Kinq əmindir ki, bir çox insanlar koronavirusun yayılması ilə əlaqədar onun dəhşətli filmlərindən birindəki vəziyyətə düşdüklərini düşünürlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, "İndependent" Stiven Kinqin bununla əlaqədar təəssüfləndiyini vurğulayıb.

Qeyd edək ki, 1978-ci ildə Stiven Kinqin pandemiyadan bəhs edən post-apokalipsis janrında "Qarışıqlıq" romanı çapdan çıxıb. Yazıçıdan həyatında süjetinə o qədər yaxın məqamların olub-olmadığı da soruşulub.
"Bəli, insanlar mənə deyirlər," Eh, biz də Stiven Kinqin kitabına düşdük". Onlara yeganə cavabım odur ki, " Çox təəssüf edirəm", deyə müəllif hislərini bölüşüb.
King etiraf edib ki, koronavirus və super qrip arasındakı müqayisəni minimuma endirməyə çalışır, amma pandemiyanın da "baş verməli" olduğunu düşünür.
Xatırladaq ki, dünyada 1.8 milyondan çox insan bu xəstəliyə yoluxub, 114 mindən çox adam isə ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə